İranda ötən sutkada 93 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 93 nəfər koronavirusdan (COVID-19) ölüb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S. Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 57 150 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6204 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 354 520 nəfərə çatıb. Virus daşıyıcılarından 4168 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
S. Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 144 549 nəfər koronavirusdan sağalıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu