Vəziyyət dəyişib: ABŞ kosmosda "super güc" statusunu itirir – Rəqabət ! 

“İllərdir Çin, Rusiya və ABŞ arasında kosmos üzərində yarışma gedir”


Pentaqon rəhbərliyinə namizəd olan Lloyd Ostin bildirib ki, Rusiya və Çin ABŞ-ın kosmosdakı maraqlarına ciddi təhlükə yaradır. Onun sözlərinə görə, kosmos böyük güclərin rəqabət meydanıdır: “Çin və Rusiyanın kosmosda fəaliyyəti ABŞ-ın təhlükəsizlik sahəsində milli maraqları üçün ciddi və artan təhlükə təşkil edir”.

General həmçinin Rusiyanı ABŞ-ın kosmosdakı əsas rəqibi adlandırıb.



Məsələ ilə bağlı “Sherg.az”a danışan politoloq İlqar Vəlizadənin sözlərinə görə, artıq bir neçə ildir ki, Çin, Rusiya və ABŞ arasında kosmos üzərində yarışma gedir:

“Mübarizə müxtəlif texnologiyaların kosmosda istifadə olunması, kosmosda orbitlərdən istifadə, müxtəlif avadanlıqların istehsalı ilə bağlıdır.

Bəzi hallarda bu ölkələr orbitlərdən istifadə məsələsi üzrə mübahisə aparırlar.

Çin son illərdə kosmik proqramlarının tətbiqini sürətləndirib. Bunlar peyklərin buraxılması, tədqiqat məqsədilə uzunmüddətli uçuşların tətbiq edilməsi ilə bağlı proqramlardır.

Vaxtilə Çinin imkanları yox idi, Rusiya zəifləmişdi, ABŞ isə kosmosda supergüc  ölkə idi. İndi isə vəziyyət dəyişib. Bu da müəyyən dərəcədə rəqabət yaradır. Yəni Amerika Çin və Rusiya ilə potensial baxımından işləyə bilsə də, bunu etmir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu