Ötən il 19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub

Xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə 19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub.
APA-nın xəbərinə görə, bu barədə Hərbi Prokuror Xanlar Vəliyev kollegiya iclasında bildirib.
O qeyd edib ki, onlardan 1-i prokurorluq orqanlarından xaric edilib, 1-i aşağı vəzifəyə keçirilib, 2-si vəzifədən azad olunub, 4-nə “şiddətli töhmət”, 11-nə isə “töhmət” elan edilib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu