Evi icazəsiz tərk edən COVID-19 xəstələrinin sayı açıqlandı


Yaşadığı evi icazəsiz tərk edən koronavirus (COVID-19) xəstələrinin sayı açıqlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ev şəraitində müalicə təyin edilən iki nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb və barələrində cinayət işi başlanılıb.     

Qeyd edilib ki, bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu