Məktəblərdə qiymətləndirmə hansı formada aparılacaq? - AÇIQLAMA

“Təhsilin distant formada keçməsi səbəbindən qiymətləndirmə də bu formada aparılacaq”.
Oxu.Az-ın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə danışan Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.
Onun sözlərinə görə, şagirdlərin yarımil ərzində yaxşı dərs öyrənmədiyi məlumdur:
“Məktəbdaxili qiymətləndirmə gözlənilməz olmayıb. Uşaqların biliklərinin qiymətləndirilməsi o anlama gəlmir ki, onlardan yüksək nəticə gözləyirik. Bütün dünyada təhsillə bağlı göstəricilər aşağı düşüb. Biz nə ilə qarşılaşacağımızı bilirik. Lakin bunu ölçmək üçün qiymətləndirmə vacibdir”.
“Qiymətləndirmə hər bir akademik öyrənmənin göstəricinin nəticəsidir, bu, imtahan deyil”, - deyə o əlavə edib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu