"“Dostluq” yeni perspektiv vəd edir” – Mövqeyimiz güclənir

“Sənədin imzalanması sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər”


Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb və nüfuz qazanıb. Ölkəmizdə  neft sənayesinin tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümumilli liderin Azərbaycana rəhbərlik etdiyi 1970-1980-ci illər Xəzər dənizində yeni yataqların kəşf olunması, ölkəmizin neft emalı, neft-kimya sənayesinin yenidən qurulması və  modernləşdirilməsində dönüş mərhələsi kimi dəyərləndirilir. 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbhidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanması tarixi bir hadisədir.

Yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını anons etmişdi. Memorandum neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Həmçinin neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq.



Memorandumun əhəmiyyəti barədə “Sherg.az”a danışan millət vəkili Aydın Mirzəzadə bildirib ki, Azərbaycan son ilər tranzit ölkə kimi də mövqeyini möhkəmləndirməkdədir:

“Bu tarixi hadisə ölkəmizin  tranzit ölkə kimi rolunun artmasına da öz müsbət təsirini göstərəcək. Hər bir mühüm hadisə Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır.
Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan tranzit ölkədir, reallaşdırdığı layihələrlə dövlətlər, xalqlar arasında körpü roluna yeni-yeni əlavələr edir.
Nəqliyyat sektoruna  çoxmilyardlıq investisiyanın qoyulması Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat və  logistik mərkəzlərindən birinə çevirib”.

Parlament üzvü vurğulayıb ki, imzalanan anlaşma Memorandumu iki dost ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün  yeni perspektivlər açır:

“Bu fakt bir daha sübut edir ki, regional əməkdaşlığa davamlı töhfələr verən Azərbaycan beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirməklə bölgədə  əsl söz sahibinə çevrilib, etibarlı tərəfdaş kimi nüfuz qazanıb.

Sənədin imzalanması həm də onu  sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu