ABŞ-da COVID-19-dan ölənlərin sayı 406 mini ötüb

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 178 225 yoluxma halı qeydə alınıb, 4229 nəfər vəfat edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Bildirilib ki, pandemiya başlayandan bəri ABŞ-da koronavirusa 24,4 milyon yoluxma qeydə alınıb.
ABŞ-da COVID-19-dan ölənlərin sayı 406 mini ötüb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu