Postlardan keçməyə cəhd edən 2000-dən çox avtomobil geri qaytarıldı

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə karantin rejiminin tətbiq edildiyi 5 şəhərdə və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, yanvarın 21-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2059 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan bir nəfər barəsində inzibati həbs, 1 677 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu