ABŞ-dakı xaotik vəziyyəti də bilirmiş

"Simpsons" proqnozları ilə dünyanı sarsıtmaqda davam edir


Dünyaca məşhur cizgi filmi "Simpsons" davamlı proqnozları ilə dünyanı sarsıtmağa davam edir. 
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, əfsanəvi cizgi film pərəstişkarları "Simpsons" bu yaxınlarda ABŞ-dakı xaos vəziyyətini bildiyinə də diqqət çəkdi.

Yanvarın 6-da Konqres binasına basqın edən Jake Angeli adlı şəxsin "Simpsonlar" serialında oxşar görünüşlü personajla böyük bənzərliyi hər kəsi şok edib.

ABŞ prezidenti Jo Bayden və vitse-prezident Kamala Harrisin andiçmə mərasimini izləyən "Twitter" istifadəçiləri mərasim zamanı Harrisin geyindiyi geyim ilə Lisa Simpsonun  geyimi arasında inanılmaz oxşarlıq olduğunu bildiriblər.

Cizgi filminin 11-ci sezonunun 17-ci bölümündə Lisa Simpson Amerika Birləşmiş Ştatlarının prezidenti olaraq təsvir edilib. Həmin bölümdə podiumda çıxış edən Lisa boynuna ağ inci boyunbağı taxıb və əyninə bənövşəyi bir kostyum geyinib. Dünyanın qarşısında vitse-prezident vəzifəsində and içən Kamala Harris də Lizaya bənzər bənövşəyi gödəkçə və paltar geyinib. Hətta görünüşünü tamamlamaq üçün sadə bir inci boyunbağı da taxıb.


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu