Navalnı "bombanı partlatdı" - 20 milyon insan izlədi

Putinlə bağlı şok iddialar yayıldı

Müalicə alaraq Almaniyadan Rusiyaya qayıdarkən tutulan və Kremli tez-tez tənqid edən müxalifət fəalı Aleksey Navalnı Vladimir Putinin 1 milyardlıq sarayının görüntülərini sosial şəbəkədə yayımlayıb.

"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, Navalnı Putinin Qara dəniz sahilində çoxlu dəbdəbəli imarətlərə sahib olduğunu deyib. O, Putinin sarayında lüks otaqlarla yanaşı striptiz klubunun, kazino və teatrın olduğunu da iddia edib. Qara Dənizin eksklüziv Gelencik buxtasında 100 milyard rubl (1.35 milyard dollar) dəyərində olan imarətlə bağlı videolar paylaşaraq Aleksey bunları deyib:

"Burası Rusiyanın içində ayrı bir şəhər, hətta bir krallıqdır. Ərazidə kilsə, 2.500 kvadrat metrlik istixana, amfiteatr, bir neçə yaşayış binası və sahilə aparan xüsusi tunel var. Sarayın ərazisi 17 min 691 kv. metrdir. Orada ev teatrı, bar, kazino, oyun avtomatları olan lobbi, üzgüçülük hovuzu yerləşir. Bu, Rusiyada ən çox qorunan yerdir, dövlət içində yəni dövlətdir.

Bu, Putinin böyük sirridir. Buranı yüzlərlə, hətta minlərlə insan qoruyur. Monakodan 39 dəfə böyük olan mülkiyyət elə tikilib ki, ona qurudan, dənizdən, yaxud havadan yaxınlaşmaq mümkün deyil. Ərazidə çalışan minlərlə işçi üstlərində kamerası olan adi mobil telefon da gəzdirə bilməz. Bura gələn bütün avtomobillər isə bir neçə məntəqədə yoxlamadan keçir".

İki saatlıq "Youtube" yayımlanan araşdırmada Navalnı Putin sarayının 2005-2010-cu illərdə inşa edildiyini iddia edib. Bu videogörüntüləri 24 saat ərzində 20 milyondan çox insan izləyib. Rusiya lideri isə bu mülklə heç bir əlaqəsi olmadığını bildirib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu