Nazir: “Fevralın 1-dən qrupda 10 nəfərdən artıq olmamaqla repetitor xidmətləri bərpa olunacaq”

Təhsil naziri Emin Əmrullayev ölkədə repetitor xidmətinin bərpa olunması məsələsinə aydınlıq gətirib.
APA-nın məlumatına görə, nazir xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə bildirib ki, repetitor müəssisələri daha çox təhsil xidməti göstərən sahibkarlıq xidmətidir: “Fevralın 1-dən qrupda 10 nəfərdən artıq olmamaqla repetitor xidmətlərinin fəaliyyəti bərpa olunacaq”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu