Şəhid topçunun qardaşı: “Dedikləri düz çıxdı...”

Artıq “Azərbaycan tarixi” dərsliklərində igid və mərd oğullarımız, Milli Qəhrəman Mübariz İbrahimov, Raquf Orucov, Teymur Pəncəliyev və digərləri haqqında şagirdlərimizə məlumat verilir. Bir azdan onların  sırasına İkinci Qarabağ müharibəsindəki şəhid və qazilərin, o cümlədən kiçik çavuş Ceyhun Hüseynovun adı da əlavə ediləcək.

Bu qəhrəman vətən oğlu 1991-ci ildə Ağcabədidə anadan olunub. Kənd orta məktəbini bitirdikdən sonra vətənə borcunu yerinə yetirib. Sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.

Və qardaşı Bilal bəyin “Sherg.az”a dediyi kimi, bu yol onu şəhadət zirvəsinədək gətirib:

“Ceyhun 2016-ci ilin Aprel döyüşləri zamanı da böyük şücaət göstərmişdi. İkinci Qarabağ müharibəsində isə topçu idi. Oktyabrın 16-da Xocavənd istiqamətindəki döyüşlərdə şəhid oldu. İyirmi dəqiqə əvvəl danışmışdıq.

Demişdi ki, hər şey yaxşıdır, irəli gedirik, düşməni məhv edirik. Nə demək, olar, qismət. Amma qardaşımın söylədiyi düz çıxdı: təkcə Ermənistan ordusu yox, bütün hərbi-siyasi hakimiyyəti biabırcasına uduzdu”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu