PROQNOZ: “Neft kəskin ucuzlaşacaq”


Azərbaycan nefti bahalaşmaqda davam edir. “Azeri Light” markalı neftin bir bareli 0,45 ABŞ dollarına qədər və ya 0,79 faiz bahalaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 56,84 dollar təşkil edib. Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.



Neftin qiyməti ilə bağlı "Sherg.az"a danışan iqtisadçı Nazim Bəydəmirli diqqətə çatdırıb ki, neft istehsal edən ölkələr neftin bahalaşmasına sevinə bilərlər. Lakin bu bahalaşma birinci ziyanı neft ölkələrinə vurur: 

"Hələki dünya pandemiyadan çıxmayıb, iqtisadi fəaliyyət bərpa olunmayıb. Ola bilər, may aylarında iqtisadi fəaliyyətdə tam olmasa da , qismən canlanma yaransın. 
Neftin qiyməti həm alıcılar, həm də istehsalçılar üçün optimal olmalıdır. Bu qiymətlər neft sektoruna investisiyaların qoyulması üçün şərait yaratmalı, həmçinin maya dəyəri çox da artmamalıdır".

N.Bəydəmirli bildirib ki, məmurlar neftin qiymətinin qalxmasına sevinirlər, lakin çox da sevinməsinlər:

"2025-ci ildən Avropa və dünyanın inkişaf etmiş ölkələrində elektromobillərdən istifadə olunacaq. Benzin və dizellə işləyən avtobillər qadağan ediləcək.
Neft məhsullarına tələbat azalacaq. Onun kəskin ucuzlaşması hələ qarşıdadır. Ümid edək ki, hökumət iqtisadiyyatı şaxələndirəcək və digər qeyri-neft sektorundan gəlmə insanlar dövlət büdcəsini gəlirlərini artıracaq, əhalinin sosial müdafiəsini gücləndirəcək".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aygün Tahirqızı Yazarın yazıları
menu
menu