Qurban Qurbanovun oğlu tarixə düşdü

Azərbaycan Premyer Liqasının XIV turunun “Qəbələ” ilə ev oyunu “Zirə”nin futbolçusu Musa Qurbanlı üçün əlamətdar olub.
Gənc hücumçu debüt oyununda ilk qola imza atıb və klub tarixinin rekordunu yeniləyib.
Musa “Zirə”nin heyətində Premyer Liqadakı debüt matçında qol hesabını açan beşinci futbolçu olub. Ona qədər Viktor İqbekoyi, Aleksandr Dedov, Pərdis Fərcad-Azad və Ağabala Ramazanov ilk oyunda fərqlənib. Qeyd edək ki, “Qartallar” həmin oyunda 2:0 hesabı ilə qalib gəlib.

Qurbanlı 18 yaş 9 ay 10 günlüyündə qol sevinci yaşayıb. O, “Zirə”nin tarixinə ən gənc qol müəllifi kimi düşüb. Gənc hücumçu Adil Nağıyevə məxsus rekordları yeniləyib. Sabiq müdafiəçimiz həm Premyer Liqada, həm də bütün turnirlərdə klub tarixinin ən gənc qolçusu olub. Adil ümumilikdə 19 yaş 5 ay 12 günlüyündə, Premyer Liqada 20 yaş 1 ay 26 günlüyündə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Musa Qurbanlı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. O bu qış “Qarabağ”dan Rəşad Sadıqovun baş məşqçisi olduğu “Zirə”yə icarə əsasında oynamağa göndərilib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu