Ermənistandan ən böyük köç indi başlayacaq

Çünki ölkənin artıq heç bir iqtisadi, siyasi perspektivi mövcud deyil

Erməni türkoloq Varujan Qeqamyan yaxın aylarda Ermənistanda 5 qaçılmaz hadisə baş verəcəyini qeyd edib. O bildirib ki, ilk növbədə ölkədə dərin iqtisadi böhran, xüsusilə yerli istehsal çökəcək və büdcə azalacaq.

Həmçinin Qarabağa ermənilərin köçürülməsinin tədricən zəifləməsi, nəticədə oranın Azərbaycan bölgəsinə çevrilməsi, ordunun ixtisarı, özünümüdafiə mexanizminin ləğv edilməsi gözlənilir.  Qeqamyan bildirib ki, bununla da ölkədən kütləvi mühacirət başlayacaq.



Ermənistandakı demoqrafik vəziyyətə münasibət bildirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Şərq"ə açıqlamasında Varujan Qeqamyanın dediklərində həqiqət olduğunu vurğulayıb. O bildirib ki, onsuz da Ermənistan müstəqilliyini əldə edəndən bəri ölkədə güclü köç var idi:

"Onların istər Rusiya, istər Amerika, istərsə də Avropa ölkələrinə mühacirəti görünməkdə idi. Onlar üçün məğlubiyyətlə nəticələnən İkinci Qarabağ  müharibəsindən sonra bu məsələ ümumiyyətlə, daha da genişlənəcək, dərinləşəcək. Çünki 30 ildə şahid olduq ki, onlar işğal etdikləri əraziləri doldura bilmədilər. Özləri qısa bir ərazidə yaşayırdılar. Yəni maksimum halda o ərazilərdə 60-70 min əhali yaşayırdı, ya da yox. Yəni ermənilər oranı belə doldurmaq gücündə deyildilər". 

Ə.Məmmədli vurğulayıb ki, hətta Ermənistanın özündə belə özləri yarızarafat və yarıciddi deyirlər ki, orada erməni qalmayıb:

"Krasnodar vilayətində ermənilər Ermənistandan bəlkə də çoxdur. Ona görə də hesab edirəm ki, bu proses günbəgün dərinləşəcək. Məlum olduğu kimi, ölkənin artıq heç bir iqtisadi, siyasi perspektivi mövcud deyil.

Əvvəllər "Artsax" nağılı ilə insanların başını aldadırlar, indi artıq o nağıl da yoxdur. Təbii ki, iqtisadi və siyasi perspektivi olmayan və korrupsiya içində boğulan bir ölkədə gənclər niyə qalmalıdır ki ?

İkinci Qarabağ müharibəsindən sonra Rusiyanın tam nəzarəti altına keçərək, artıq Rusiyanın vassal ölkəsi və protektaratıdır. Təbii ki, belə bir ölkədə bacarıqlı və savadlı gənclər daha yaxşı həyat üçün başqa ölkələrə getməyə çalışacaqlar".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu