Rusiyada son sutkada 21 minə yaxın insan COVID-19-a yoluxub

Rusiyada son sutka ərzində daha 20 921 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 3 698 273 nəfərə çatıb.
Son sutka ərzində 559 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 68 971 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu