Antisanitar vəziyyətdə olan ət satış mağazası bağlandı


Ağstafa rayonunda qanunvericiliyin tələblərini pozan ət satışı məntəqəsi aşkarlanıb.

Bu barədə AQTA məlumat yayıb.

Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən, fiziki şəxs Salahov Zaur Kaloğlan oğluna məxsus ət satışı mağazasına baxış keçirilib.

Baxış zamanı mağazada tavanın tamlığının pozulduğu, ətlərin saxlanılması üçün temperatur rejiminə əməl olunmadığı, eyni zamanda baytarlıq-sanitariya və texniki normativ sənədlərin tələblərinə əməl olumadığı müəyyən olunub. Məlum olub ki, mağazada sanitar qovşaq, mərkəzləşdirilmiş kanalizasiya və su təminatı sistemi mövcud deyil, havalandırma sistemi quraşdırılmayıb.

Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Ət satışı məntəqəsinin fəaliyyəti ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu