İranda son sutka ərzində 69 nəfər COVID-19-dan ölüb


İranda ötən sutka ərzində 69 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda sözügedən virusdan ölənlərin sayı 57 294 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 207 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 367 032 nəfərə çatıb. Virus daşıyıcılarından 4 106 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 158 475 nəfər koronavirusdan sağalıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu