“Milan” böyük hesabla uduzub dövrəni zirvədə tamamlayıb


İtaliya A seriyasının XIX turun daha 4 oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, lider “Milan” ilk “dördlüy”ə düşməyi hədəfləyən “Atalanta”nı qəbul edib.

A seriyasının son 9 matçında məğlub olmayan “Atalanta” (5 qələbə, 4 bərabərlik) uğurlu seriyanı “San Siro”da da davam etdirib. Rəqib qapısından 3 cavabsız top keçirən berqamolular böyükhesablı qələbəyə sevinib.

Milanın çempionluğa iddia edən digər təmsilçisi “İnter” əzəli rəqibinin məğlubiyyətindən yararlana bilməyib. “Neradzurra” səfərdə “Udineze”nin müqavimətini qıra bilməyib.

“Fiorentina” isə doğma arenasında autsayder “Krotone”ni üstələyib.

Yanvarın 24-də keçiriləcək 5 oyunla birinci dövrə başa çatacaq.

İtaliya A seriyası
XIX tur
23 yanvar
“Roma” – “Speziya” – 4:3
Mayoral, 17, 52, Karsdorp, 55, Pelleqrini, 90+2 – Pikkoli, 24, Farias, 59, Verde, 90
“Milan” – “Atalanta” – 0:3
Romero, 26, İliçiç, 53 (pen.), Zapata, 77
“Udineze” – “İnter” – 0:0
“Fiorentina” – “Krotone” – 2:1
Bonaventura, 20, Vlahoviç, 32 – Simi, 66

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu