Türkiyədə koronavirusdan sağalanların sayı 2,3 milyon nəfəri ötüb


Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 144 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 24 933 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 5 856 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 424 328 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 5 811 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 301 861 nəfər təşkil edir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu