Rumıniyanın iki şəhəri dünyanın sağlam həyat üçün ən əlverişli şəhərlərindəndir

Rumıniyanın iki şəhəri dünyanın sağlam həyat üçün ən əlverişli məkanları siyahısında yer alıb.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın broker və konsaltinq şirkəti olan “DOT Zinc” tərəfindən tərtib olunan 20 şəhərdən ibarət siyahıda Rumıniyanın Timişoara və Kluj-Napoka şəhərləri 15 və 16-cı yerləri qazanıb. Bu şəhərlər Helsinki, Kopenhaqen, Münhen, Praqa və Oslo şəhərlərini siyahıda qabaqlayıb. Şirkətin mütəxəssisləri bir çox faktorları araşdıraraq bu nəticəyə gəliblər. Reytinqin tərtib olunmasında obezlik səviyyəsi, ömür uzunluğu, cinayətin səviyyəsi, ətraf mühitin çirklənməsi, tibbi xidmətlər, bir kilo almanın qiyməti, vətəndaşların təhlükəsizliyi və hətta ildə günəşə məruzqalma saatlarının sayı nəzərə alınıb. Bu cəhətlərin hər biri müəlliflərin metodologiyasına əsasən qiymətləndirilib və bunun əsasında şəhər ümumi bal toplayıb.

Siyahıda birinci yeri İspaniyanın Valensiya şəhəri 2318 balla qazanıb. Şəhər ideal bir iqlimə malikdir. Şəhər nə isti, nə də soyuqdur, havanın keyfiyyətini yaxşılaşdıran bir çox yaşıllıqlar var. Bundan əlavə, Valensiya sakinləri ildə bir neçə saatlıq günəşdən zövq alırlar ki, bu da sağlamlığa müsbət təsir göstərir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu