Ərdoğandan NATO-ya cavab: "Deyirlər sən niyə Ermənistanla savaşırsan, çünki..."

“Türkiyənin zərbə PUA-ları əldə etdiyi uğurlarla 44 günlük Qarabağ zəfərində olduğu kimi müharibə metodlarını da dəyişdirir”.

24News.ge xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Eyni şəkildə zərbə PUA-ları Liviyadakı müharibənin gedişatını da dəyişdirib”, - deyə dövlət başçşısı vurğulayıb.

Ərdoğan çıxışında həmçinin NATO-ya ismarıc göndərib:

“Aramızda böyük məsafə var. Məsələn, guya dostuq, NATO-da bərabərik. Kamera istəyirik, kamera vermirlər. deyirlər sən niyə Ermənistanla savaşırsan?. Çünki Ermənistan mənim dostuma, soydaşlarıma təcavüz edir.

Belə olduğu halda əlimizdən gələn dəstəyi vermək məcburiyyətindəyik”, - deyə Ərdoğan bildirib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu