Gəmidə öldürülən azərbaycanlının nəşi yanvarın 26-da ölkəmizə yola salınacaq


Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva dəniz quldurlarının hücumu nəticəsində Türkiyəyə məxsus gəmidə öldürülən Azərbaycan vətəndaşın nəşinin Vətənə gətirilməsi ilə bağlı məsələyə münasibət bildirib.

XİN-in mətbuat xidməti idarəsindən Sherg.az-a bildiriblər ki, dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun nəşi hazırda gəmi ilə Qabonun Port Jentil limanına yaxınlaşmaq üzrədir.

Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin Vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək. Belə ki, Türkiyənin Qabondakı səfirliyinin vasitəçiliyi ilə cəsəd paytaxt Librevilə göndəriləcək. Daha sonra nəşin “Türk Hava Yolları”nın ilk uçuş reysi ilə, yəni, yanvarın 26-da Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu