Rusiyada yeni inqilabın baş verməsi gözlənilmir

"Navalnın demokratik lider obrazı yoxdur, o sadəcə, ölkədə korrupsiyaya qarşı mübarizənin simvoludur"

"Rusiyada Navalnın həbsinə qarşı kütləvi etiraz aksiyaları Putinin siyasi hakimiyyətinin devrilməsi gücündə deyil".

Bu barədə politoloq Məhəmməd Əsədullazadə deyib.



Ekspert bildirib ki, Rusiya cəmiyyəti dəyişikliyə hazır deyil:

"Buna baxmayaraq hakimiyyət daxilində ciddi fikir ayrılıqları dərinləşəcək və Putinin dayaqları zəifləyəcək. Ümumiyyətlə Navalnın demokratik bir lider obrazı yoxdur. O sadəcə, ölkədə korrupsiyaya qarşı mübarizənin simvoludur. Putin üçün əsas narahatlıq sistem daxilində müxlifətin formalaşmasıdır. Qərb və  xalqın etirazlarını formalaşdıran güclər Putin hakimiyyəti üçün təhlükəli deyil. Aksiyalar sadəvə Rusiyada əhalinin siyasi cəhətdən hazırlıqlı olmasına gətirib çıxarır. Bundan da hərbi elita istifadə edərək, Putinə qarşı güc nümayiş etdirir. Çünki, Putin hərbi və təhlükəsizlik orqanlarının hakimiyyətə gətirdiyi şəxsdir. Siyasi varis uğrunda hazırda hakimiyyət daxilində ciddi fikir ayrılıqları var".

Analitik bildirib ki, zamanla Putin generalları vəzifədən çıxarmaqla özünə qarşı vahid mərkəzin formalaşmasını neytrallaşdırıb:

"Ümumi olaraq Navalnıya müəyyən güc oraqanlarının dəstək verməsini Putinə təzyiq olaraq qiymətləndirmək olar. Rusiyada yeni inqilabın baş verməsi gözlənilmir. Əgər, Belarusda etiraz aksiyaları baş tutub, Lukaşenko hakimiyyətdən getsəydi, Rusiyada da eyni ssenari mümkün idi. Amma bu il keçiriləcək Duma seçkilərində Putin üçün çətin bir mərhələ gözlənilir. Məsələ ondadır ki, Rusiyada siyasi hakimiyyət qutularda həll edilmir. Bu hərbi elita tərəfindən müəyyən edilir. Yəni Navalnın etiraz aksiyaları ölkədə demokratik sistemin qurulmasına gətirib çıxarmayacaq. Navalnı da bilir ki, demokratik sistem Rusiyanın parçalanamasına gətirib çıxara bilər. Putin növbəti seçkilərdə iştirak etməyəcək. Onun əsas namizədi Sergey Şoyqu və Narışkindir. Lakin hər ikisi rus millətindən olmadığı üçün millətçi generalların etirazına səbəb olur".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu