Peyvənddən nə qədər sonra hamilə qalmaq olar?

Koronavirus peyvəndini vurdurduqdan azı üç ay sonra hamilə qalmaq olar.

Oxu.az bildirir ki, bu barədə Rusiyanın "Rospotrebnadzor" Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Aleksandr Qorelov danışıb.

Onun sözlərinə görə, bu müddət ərzində kişilərin də sperma donoru olması qadağandır.

Ekspert bildirib ki, belə tövsiyələr bütün dünyada səhiyyə qurumları tərəfindən verilir.

Qorelov vaksinasiyadan keçənlərin mütləq uşaq dünyaya gətirə biləcəklərini deyib, peyvənd vurdurmayanlar və koronavirus keçirənlərin isə daha diqqətli olmaları barədə xəbərdarlıq edib.

"Peyvənd vurduranlar doğum həyata keçirə biləcəklər, ancaq vurdurmayanlar... Məsələ hələ də açıq olaraq qalır", - deyə həkim vurğulayıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu