AMEA: Quşçu vulkanın püskürməsi nəticəsində 30 m-lik çatlar əmələ gəlib


"Bu, Quşçu vulkanının 16-cı püskürməsidir. Vulkanın püskürmə sahəsindən cənub və cənub qərbə uzanan 30 m-lik çatlar əmələ gəlib". 

Bunu APA-ya vulkan püskürən əraziyə ezam olunan AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşı Orxan Abbasov deyib.

Onun sözlərinə görə,  vulkanın son onilliklər ərzində puskurməyən sahəsi aktivləşib. Palçıq axını 3 hektar ərazini örtüb. Püskürmənin hündürlüyü 50-60 m, palçıq axınının orta qalınlığı 90 sm olub. 

Yerli mülkiyyətçilərin əkin sahəsinə ziyan dəyib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu