2 aylıq körpənin ağlaması qonşular arasında qanlı davaya səbəb olub    


Türkiyənin Samsun şəhərində qeyri-adi hadisə yaşanıb. Ürəyi qüsurlu olan 2 aylıq körpənin ağlaması qanlı davaya səbəb olub. Alt mərtəbədə məskunlaşan qonşular uşaq səsindən narahat olduqlarını bildirib və mübahisə münaqişəyə çevrilib. Hadisə zamanı 3 nəfər bıçaqlanaraq, 2 nəfər isə döyülərək ağır yaralanıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, yaralılar təcili yardımla Samsun Təhsil və Araşdırma xəstəxanasına çatdırılıb və müalicə altına alınıb.

Hadisə ilə əlaqədar istintaq davam edir.

Turan

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu