Alimlər insan orqanizminin koronavirusu “yadında saxladığını” aşkarlayıb


İnsan orqanizmi koronavirusdan sağalandan sonra SARS CoV-2 virusunu "yadında saxlayır". Bu sözügedən xəstəliklə mübarizədə kömək edə bilər.

Sherg.az  oxu.az-a istinadən bildirir ki, Şimali Arizona Universitetinin və Genomika Translyasiyası Tədqiqat İnstitununun alimləri uzun müddətli araşdırmalardan sonra belə qənaətə gəliblər.

Alimlər immunitet sisteminin bir neçə koronavirusa necə reaksiya verdiyini analiz ediblər. Məlum olub ki, koronavirusdan sağalan xəstələrdə SARS-CoV-2 virusu anticisimlərin reaksiyası ilə üzləşir.

Alimlər nəticələrin koronavirus xəstələrinin diaqnostikası və müalicəsində yeni üsulların inkişafına kömək edəcəyinə inanırlar.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu