Futbolçular və klub prezidenti dəhşətli qəzada öldü - FOTO


Braziliyanın D Seriyasında mübarizə aparan "Palmas" klubu təyyarə qəzasına düşüb.

Fanat.Az "Globoesporte"yə istinadən xəbər verir ki, bədbəxt hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Luzimanqese limanından havaya qalxan şəxsi təyyarə bir neçə dəqiqə sonra uçuş zolağının yaxınlığındakı əraziyə düşərək partlayıb. Təyyarədə olan klub prezidenti Lukas Meyra və dörd futbolçu - Lukas Praksedes, Qilyerme Noe, Ranule, Markus Molinari həlak olub.

Qeyd edək ki, futbolçular və klub başqanı "Vila Nova" ilə oyun üçün Qoyaniyaya uçurdu.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu