Türkiyə yeni patrul təyyarəsini istifadəyə verib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkənin silahlı qüvvələrinin baş qərargah rəisi Yaşar Gülərin müşayiəti ilə ilk R-72 dəniz patrul təyyarəsi ilə tanış olub.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Türkiyənin Hərbi Dəniz Qüvvələrinin inventarına ötən ay daxil edilmiş təyyarə ilk uçuşunu edib.

Nazir qeyd edib ki, R-72-də uçan şəxsi heyət əhəmiyyətli tapşırıqları yerinə yetirəcək.

"Təyyarənin yerinə yetirəcəyi tapşırıqlar gələcəkdə vətənimiz və xalqımız, onların təhlükəsizliyinin təminatı üçün əhəmiyyətlidir. Biz Silahlıl Qüvvələri ən müasir texnologiyalarla təmin etməyə davam edəcəyik", - Akar deyib.

R-72 hərbi patrul təyyarəsi MELTEM-3 layihəsi çərçivəsində hazırlanıb.

Təyyarəyə müasirləşdirilmiş radiolokasiya sistemi, radio elektron mübarizəsi vasitələri, sualtı siqnalın emalı, Link 11 və Link 16 məlumat mübadiləsinin hərbi-taktiki şəbəkələri, həmçinin MK46 və MK54 torpedolarının işə salınması kimi ən əhəmiyyətli sistemlər quraşdırılıb.

P-72 təyyarələri bu sistemlərin sayəsində sualtı gəmilərin məhv edilməsi, suüstü müdafiə, müşahidə və kəşfiyyat, radiolokasiya, axtarış və xilasetmə kimi əhəmiyyətli tapşırıqları yerinə yetirəcəklər.

P-235 təyyarələrindən fərqli olaraq, P-72 daha uzun müddət ərzində uçuş imkanına malikdir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu