Məşhur həkim xərçəng xəstəliyinin indiyədək elmə məlum olmayan əlamətini açıqlayıb

Həkim uzunmüddətli uçuşların və ya uzun müddət avtomobil sürməyin qan laxtalanmasına səbəb ola biləcəyini əlavə edib

 Rusiyalı məşhur həkim və televiziya aparıcısı Aleksandr Myasnikov, insanda onkoloji xəstəliyə dəlalət edən və indiyədək elmə məlum olmayan daha bir əlaməti qeyd edib. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə "Rossoya 1" telekanalının efirində danışıb.

Həkim qan laxtalanmasının xərçəngin əlaməti ola biləcəyini söyləyib. Myasnikov qeyd edib ki, qan laxtası aşkar edilərsə, onun mövcudluğunun səbəbini mümkün qədər dəqiq müəyyən etmək üçün həkimə müraciət etmək və tam müayinədən keçmək lazımdır. 

"Əgər hər hansı bir səbəb varsa - çox çəkənsizsə, hormonal dərman qəbul edirsizsə,  omba əməliyyatı etdirmisizsə və ya üç gündən çox xəstəxanada yatmısızsa - bunların hamısı risk faktorlarıdır", - deyə o, bildirib. 
Həkim uzunmüddətli uçuşların və ya uzun müddət avtomobil sürməyin də qan laxtalanmasına səbəb ola biləcəyini əlavə edib.

Bundan əvvəl Myasnikov, koronavirusa qarşı peyvəndlə bağlı ən çox yayılan yeddi sualı cavablandırıb. O, bu məsələdə bir həkimin tövsiyəsinə etibar etməyin daha yaxşı olduğunu söyləyib. Çünki bəzi peyvəndlər daha uzun müddət qoruyur, bəziləri isə xroniki xəstəlikləri olan insanlar üçün daha uyğundur.




Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu