Acı bibər xərçəng, ürək-damar sistemi xəstəliklərinin qarşısını alır

ABŞ-ın Ohayo ştatında yerləşən Klivlend Klinikasının alimləri 570 insanın təbii qida qəbulu ilə bağlı tədqiqatlar aparıblar.
Axşam.az xarici KİV-ə istinadən bildirir ki, araşdırmalar zamanı Çin və İtaliyalı elm adamlarının təcrübələrindən də istifadə edilib.

Məlum olub ki, acı bibər xərçəng,  ürək-damar sistemi xəstəliklərinin qarşısını alır. Bu tip xəstəliklərdə ölüm riskini isə dörddə birə qədər azaldır.

Bibər orqanizmdə yaranan müəyyən iltihab və şişlərlə mübarizə aparmağa kömək edir və qanda şəkərin səviyyəsini nəzarətdə saxlayır. Bununla da orqanizimi həm şəkərli dibetdən, həm də piylənmədən qoruyur.

Ümumilikdə isə, son illərdə aparılan üç ən böyük tədiqiqat acı bibər istehlakının bir çox xəstəliyin qarşısını aldığı ortaya çıxarıb.

Sağlam həyat üçün acı bibər mütləq masalarımızda olmalıdır. Həftədə ən az iki gün istehlak edilməlidir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu