STM sözçüsündən sensasion iddia: "...Bu il ciddi həbslər olacaq" 

"Pandemiyadan sonra bütün dünyanı siyasi kataklizmlərin bürüyəcəyini proqnoz etmək elə də böyük problem deyildi".

Bu barədə "Sherg.az"a Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib. O qeyd edib ki, 
ixrac və idxal arasında, ölkələrin maliyyə durumları və adambaşına düşən gəlirin azalması, devalvasiya, bahalaşma istənilən ölkənin adı dövrdə də ciddi problemidir: 

"Amma şübhəsiz ki, qlobal miqyasda baş verən və ya laborator qaydada yeni dünya nizamını qurmaq üçün yaradılan virus  bloku iqtisadi münasibətləri dağdağaraq, siyasi sistemləri çətin sınaq qarşısında qoydu:
Bu gün Rusiyada baş verənlər bütün ölkələri bir - bir yoxlayacaq və diqqət edin: ABŞ-da, ardınca Rusiyada baş verənlərin əsas şüarı heç də birmənalı deyil. 
İlk dəfədir ki, qlobal aləmdə "Z" nəsli yüksək texnologiyalar ilə etiraz kompaniyalarının aparıcı qüvvəsinə çevirirlər.
Onların şüaları "demokratiya", "insan haqları", yaşlı etirazçıların məqsədi isə daha praktik - əmək haqları və bahalaşmaya etirazdir.
Rusiyada da belədi: meydana yalnız gənc nəsil çıxıb və onlar xüsusilə qərbdən gələn texnoloji ideologiyanın qurbanına çevrilirlər. 
Məhz buna görə də, az sonra etirazlar məqsədsiz bir şəkildə, xaotik vəziyyətdə başa çatacaq.
Çünki ruslar Putinin əlehinə, rus millətçiliyinin isə heç bir halda əlehinə deyil.
Oxşar dalğalar demək olar ki, bir çox dövlətin büdcəsini boş qoyacaq, onları iri maliyyə korporasiyalarınin qapısında gözləməyə vadar edəcək. Rusiya istisna, bir çoxunda hakimiyyətlər dəyişəcək. 
Qafqazda da - Ermənistan və Gürcüstanda siyasi sistem kifayət qədər həssas olduğundan tez - tez hökumət dəyişmələri ilə, seçkilərlə yola davam edəcəklər.
Müvafiq qaydada, Azərbaycan haqqında eyni sözləri demək mümkün deyil. 
Qafqaz əjdahasinin unikal yapısı və Z nəslinin etiraz hissələrinin 2020-nin sonuna doğru Qarabağdakı savaşa yönəlməsi və enerjinin sərf edilməsi ayrı bir fəlsəfə, mahiyyət yaradıb.
Burdakı aparıcı tendensiya Qarabağdaki qalibiyyəti köç, yerləşmə, yenidənqurma addımları ilə təqib etmək və öz, spesifik xalq hərəkatını, siyasi meydanlara deyil, tikinti meydançasına yönləndirir.
Hətta uzun müddət rifah və ideologiya istiqamətində addımlar siyasi sabitliyi qarant altına alacaq.
Lakin bizim də çox ciddi problemimiz var: korrupsiya, nepotizm və məmur özbaşınalığı...
Yəni 2021-ci il bizim ölkə üçün idarəetmədə səmərəliliyin artırılması, dəyişiklik və yeni model tətbiqi ilə yadda qalmaqla yanaşı, ciddi həbslər dövrü olacaq. Həm də məmur həbsi.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu