Həbibdən Makqreqorun uduzmasına maraqlı reaksiya

UFC-nin Əbu-Dabidə keçirilən Konor Makqreqor-Dastin Puare qarşılaşmasını Həbib Nurməhəmmədov da tribunadan izləyib.

Axar.az xəbər verir ki, Makreqor üçün gözlənilməz məğlubiyyətlə nəticələnən görüşlə bağlı Həbib şərh verib.

“Səni sən edən - çempionluğa aparan komandanı və ruhunu dəyişirsənsə, gerçəklikdən uzaqlaşırsansa, sonun belə olur”, - H.Nurməhəmmədov Makqreqorun uduzmasına bu sözlərlə reaksiya verib.

Qeyd edək ki, Puare ikinci raundda Makqreqora nokautla qalib gəlib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu