Ötən il Azərbaycana ekstradisiya olunan məhkumların sayı açıqlandı - RƏSMİ


“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 33 dövlətin ədliyyə nazirliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində memorandum imzalanıb”.

Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov deyib. 

O bildirib ki, memorandum imzalananlar arasında Avropa və MDB ölkələri ilə yanaşı, Yaxın Şərq ölkələri də var:

“Artıq həm də 17 konvensiya üzrə səlahiyyətli orqanların müəyyən edilməsi ilə bağlı danışıqlar aparılıb. Ümumiyyətlə, bir çox ölkələr Azərbaycanın Ədliyyə Nazirliyi ilə hər hansı əməkdaşlıq qurmaq istiqamətində maraqlıdırlar. Beynəlxalq fəaliyyət üç istiqamətdə – mülki işlər, cinayət işləri və beynəlxalq əlaqələrin genişləndirilməsi üzrə aparılır. Ümumi olaraq 14 500-ə yaxın sənəd daxil olub və onlardan 8 400-ü mülki məsələlərə aiddir”.

Onun sözlərinə görə, hansısa ölkədə Azərbaycan vətəndaşına cinayət işi açılıbsa, onun ixtiyarı var ki, cəzasını öz ölkəsində çəkmək istədiyini bildirsin:

“Ötən il beş məhkum Azərbaycana gətirilib, 25 məhkum isə öz ölkəsinə ekstradisiya olunub”, - deyə o qeyd edib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu