Fərman İsmayılovun nəşi  Vətənə gətiriləcək - Tarix açıqlandı 

Yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalan Türkiyə şirkətinə məxsus gəmidə öldürülən azərbaycanlı Fərman İsmayılovun cənazəsi Qabona gətirilib.
Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu danışıb.
“Öldürülən azərbaycanlı qardaşımızı gəmidən götürüb, Qabona gətirdik. Orada İslam qaydalarına uyğun şəkildə cənazə işləri görülüb. Cənazə Qabon hökuməti tərəfindən ayrılmış helikopterlə paytaxt Librevilə aparılıb”, - deyə M.Çavuşoğlu bildirib.
Türkiyə XİN rəhbəri bildirib ki, Fərman İsmayılovun nəşi sabah Librevildən Türkiyə Hava Yollarına məxsus təyyarə ilə Türkiyəyə, oradan isə Azərbaycana çatdırılacaq.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu