ABŞ-da son sutka: 130 485 yoluxma qeydə alınıb, 1769 nəfər ölüb

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 130 485 yoluxma halı qeydə alınıb, 1769 nəfər vəfat edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Bildirilib ki, pandemiya başlayandan bəri ABŞ-da koronavirusa 25,1 milyondan çox yoluxma qeydə alınıb.
ABŞ-da COVID-19-dan ölənlərin sayı 419 225 nəfərdir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu