Xırdalanda partlayış: Dağıntılar altından azyaşlının meyiti tapıldı - VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları altından Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən daha bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Dağıntılar altında qalan şəxsin olmadığı nəzərə alınaraq, FHN tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

Qeyd edək ki, Nazirliyin qəza-xilasetmə qüvvələrinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntılar altından 6 nəfər xilas olunub, 2 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

15:15

Xırdalanda baş verən partlayış nəticəsində dağıntılar altında qalan azyaşlının meyiti çıxarılıb.

Dağıntılar altında qalan 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızının meyiti çıxarılaraq, təcili tibbi yardım əməkdaşlarına təhvil verilib. 

Baku TV hadisə yerindən video təqdim edir:


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu