Ağır xəstələrin sayı niyə artır? - ÜST açıqladı


COVID-19-un yeni ştammı yalnız onun yayılma sürətinə təsir edib. Bu da öz növbəsində ağır xəstələrin sayını artırıb.

Bu barədə “RİA Novosti” ÜST-ün rəsmi nümayəndəsi Marqaret Harrisə istinadən məlumat yayıb.

“Pandemiyanın əvvəlindən virusun mutasiya etməsindən ehtiyat edirdik. Buna görə də hər zaman mutasiyaya imkan verməmək üçün xəstəliyin yayılmasını azaltmağı tövsiyə edirdik. İndiyə qədər ötürülmənin sürətlənməsindən başqa virusda heç bir dəyişiklik görməmişik”, - deyə ÜST rəsmisi bildirib.

M.Harrisin sözlərinə görə, hətta Britaniya ştammında belə virusun daha ağır xəstəlik yaratmasından söhbət getmir:

“Biz virusun peyda olan bütün variantlarını öyrənirik. Onlardan heç biri xəstəliyi ağırlaşdırmır. Əgər sizdə virus sürətlə yayılırsa, o zaman xəstəliyi ağır keçirənlərin sayının daha çox olduğunu görəcəksiniz”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu