Təmaslar artacaq: Putinlə Bayden telefonla danışıblar


Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub. 

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Putin Baydeni ABŞ prezidenti postunda işə başlaması münasibəti ilə təbrik edib.

Putin Rusiya və ABŞ arasında münasibətlərin normallaşmasının dünyada təhlükəsizlik və sabitliyin dəstəklənməsində xüsusi məsuliyyət daşıdıqlarını nəzərə alaraq, hər iki ölkənin - beynəlxalq ictimaiyyətin maraqlarına cavab verəcəyini qeyd edib.

Prezidentlər bu gün Strateji Hücum Silahları Müqaviləsinin müddətinin uzadılması ilə bağlı razılığın əldə edilməsinə dair aparılan diplomatik notalar mübadiləsi ilə əlaqədar məmnunluqlarını ifadə ediblər.

Telefon danışığı zamanı Rusiya və ABŞ liderləri ikitərəfli, beynəlxalq gündəmdə olan aktual məsələləri müzakirə ediblər.  

Ticarət-iqtisadi məsələlər daxil olmaqla, digər sahələrdə olduğu kimi koronavirus pandemiyası kimi kəskin problemlə mübarizədə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Beynəlxalq mövzular arasında ABŞ-ın Açıq Səma Müqaviləsindən birtərəfli qaydada çıxması, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının qorunması problemi, Ukrayna münaqişəsinin nizamlanması, eləcə də Rusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sammitin keçirilməsinə toxunulub.

 Ümumilikdə Rusiya və ABŞ liderlərinin söhbəti işgüzar və açıq xarakter daşıyıb. Təmasların dəstəklənməsi razılaşdırılıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu