Gürcüstanın Baş nazirinin müavini koronavirusa yoluxub

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani koronavirusa yoluxub. Onun test nəticəsi pozitiv çıxıb.

AZƏRTAC xəbər verir ki, bu barədə nazir özü sosial şəbəkədə məlumat yayıb.

D.Zalkaliani hazırda özünü yaxşı hiss etdiyini və ev şəraitində müalicə olunduğunu qeyd edib.

XİN başçısı COVID-19-a yoluxan şəxslə təmasda olduğunu bildirib.


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu