PSJ Mbappeyə 36 milyon avro maaş təklif edir, “Real” isə...

Madrid “Real”ı PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etmək istəsə də, bir sıra məqamlar müqaviləyə əngəl yaradır.

Bu barədə Sports.ru məlumat yayıb.

Belə ki, Madrid klubu 22 yaşlı hücumçunun tələblərini qarşılaya bilmir. PSJ futbolçuya Neymarda olduğu kimi 36 milyon avroluq müqavilə təklif edir. “Real” isə yalnız oyunçunun hazırda aldığı maaşı – illik 21 milyon avro təklif edə bilir.

“Kral klubu”nun PSJ-nin təklifini təkrarlamaq üçün yeganə şansı oyunçuya imic haqlarının böyük hissəsini verməkdir.

Adətən “Real” bu hüququn yarı-yarıya olması tərəfdarıdır, lakin bəzən ulduz futbolçular üçün müəyyən istisnalar edilir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu