Qobustanda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib - YENİLƏNİB

"Qobustanda dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilən şəxslər hazırda evdədirlər". 
Bu barədə APA-ya Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn bildirib. Onun sözlərinə görə, zəhərlənən şəxslərə ambulator xidmət göstərilib: "Vəziyyətləri kafidir, həyatları üçün heç bir təhlükə yoxdur. Vaxtında tədbir görülüb".

***

10:23

Qobustan rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə Qobustan şəhərinin Tofiq İsmayılov küçəsindəki 66 nömrəli mənzildə qeydə alınıb.

Rayon sakinləri - 2003-cü il təvəllüdlü Rəhimli Zərifə İlham qızı, 2007-ci il təvəllüdlü Rəhimli Elçin İlham oğlu, 2015-ci il təvəllüdlü Rəhimli Elnur İlham oğlu, 1982-ci il təvəllüdlü Rəhimova Rəna Əli qızı, 1954-cü il təvəllüdlü Rəhimova Qənifə Ağaşiraz qızı və 1944-cü il təvəllüdlü Əkbərova Zivər Ağaşiraz qızı kustar üsulla quraşdırılan qızdırıcının nasazlığı səbəbindən mənzilə  dolan dəm qazından zəhərləniblər.

Ailə üzvləri Qobustan rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu