Yaşı 65-dən yuxarı olan müəllimlərə güzəşt ediləcək

“Təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan müəllimlər cəlb olunacaq”.
Oxu.Az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, təhsil müəssisəsinin qərarı ilə tədris və təlim-tərbiyə prosesinə cəlb olunmayan, yaşı 65-dən yuxarı olan müəllimlərin fəaliyyətində yaranan fasilələr onların iş vaxtına daxil ediləcək:
“Əmək haqqı saxlanılacaq. Texniki heyət üzrə də yaşı 65-dən aşağı olan işçilər işə cəlb olunacaq. Texniki heyət üçün növbəli iş rejimi tətbiq edilir. Onların iş vaxtının əsasən tədris və təlim-tərbiyə vaxtından əvvəl və sonra təşkili təmin edilməlidir”.
O qeyd edib ki, müəllim otağında və digər heyətin iş və istirahət otaqlarında sosial məsafə ən az 1,5 metr gözlənilməlidir:
“Eyni zamanda, tədris otaqlarında hər parta arxasında yalnız bir təhsilalanın oturması və onlar arasında məsafənın 1,5 metrdən az olmaması təmin olunur”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu