"Pandemiyadan sonra da onlayn təhsil saxlanıla bilər”

“Bu dönəmdə çox güman ki,həm əyani,  həm də onlayn təhsildən istfadə ediləcək”

“Həmçinin universitetə, təhsil müəssisələrinə gedə bilməyən gənclər bu formatdan yararlanar”  


Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə uzun müddətdir tədris prosesi onlayn sistemdə davam edir. Artıq həm müəllimlər, həm də tələbələr və şagirdlər bu duruma alışıbMüəyyən internet problemləri olsa da, onlayn təhsilin bazası qurulub. Müxtəlif  proqramlarda -“ Microsoft Teams”, “Zoom” və sair platformalarda tələbələr, şagirdlər təhsil alırlar.  

Bəs əyani və qiyabi sistemlə yanaşı onlayn təhsil də stimullaşdırıla bilərmi? 

Suallarımızı cavablandıran  professor  Şahlar Əsgərov deyib ki, onlayn təhsilin bazası ölkəmizdə təhsil sferasını əhata etmir:

“Çünki regionlarda internet və sair çatışmazlıqlar mövcuddur. İnternetin həm sürəti, həm də qiyməti məsələsi də problemdir. Pandemiya dövründən sonra da onlayn təhsilin saxlanılması qismən mümkündür.

Bu dönəmdə çox güman ki,həm əyani,  həm də onlayn təhsildən istfadə ediləcək. Qiyabi, əyani və onlayn təhsil formaları  alternativ  deyil, yəqin ki, bir-birini tamamlayar. 
Həmçinin universitetə, təhsil müəssisələrinə gedə bilməyən gənclər bu formatdan yararlanar”.  

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu