Lavrov və Ayvazyan arasında telefon danışığı...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun erməni həmkarı Ara Ayvazyan arasında telefon danışığı olub. 
APA-nın Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında qeyd olunan razılaşmaların həyata keçirilməsi istiqamətində irəliləyiş, təhlükəsizlik aspektləri, humanitar komponent, iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması ətraflı müzakirə olunub.
Regionun bütün ölkələrinin maraqlarının üst-üstə düşməsi və birgə quruculuq işlərinin vacibliyi vurğulanıb.

Nazirlər eyni zamanda, qarşılıqlı maraq kəsb edən məsələləri müzakirə ediblər. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu