Fərman İsmayılov Siyəzəndə dəfn olunub

Qvineya körfəzində Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi doğulduğu Siyəzən rayonuna gətirilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, mərhum rayonun Qozağacı kənd qəbristanlığlında torpağa tapşırılıb. 

Qeyd edək ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.

Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs Siyəzən rayon sakini 45 yaşlı mühəndis Fərman İsmayılovdur.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu