20 milyon ildən çox yaşı var - Fotolar 

Bu ağac qalın bir vulkanik kül təbəqəsi altından tapılıb

Egey dənizinin şimal-şərqində yerləşən Lesbos adasında yunan alimləri milyonlarla il əvvəl daşlaşmış və torpaq altında qalmış üç ayrı ağac tapıblar.
"Şərq" "Reuters" xəbər agentliyinə istinadən xəbər verir ki, mütəxəssislər əldə etdikləri bu ağac qalıqlarının çox nadir olduğunu bildirirlər. Hətta onun yaşının 20 milyon ildən çox olduğunu iddia edirlər. Ağaclardan birinin boyu təxminən 19 metrdir. O, demək olar ki, qalın bir vulkanik kül təbəqəsi altından tapılıb. Xatırladıq ki, həmin ərazilərdə Ayvalık və Edremit vulkanları yerləşir. Dünyada məşhur olan həmin bölgədə o cümlədən meyvə ağacları, yarpaqları və heyvan sümükləri də aşkarlanıb. Yeni tapıntılar adadakı Daşlaşmış Meşə Parkına və Muzeyinə aparılıb.
Professor  Nikos Zouros 1995-ci ildən bəri davam edən qazıntılar zamanı ilk dəfə yaxşı vəziyyətdə bir ağac tapdıqlarını söyləyib: "Bənzərsiz bir ixtiradır. Ağacın tarixinin və təfərrüatlarının araşdırılması üçün o çox yaxşı vəziyyətdədir".

Qeyd edək ki, Lesbosdakı  bu, meşə qalıqları 15 min hektar ərazini əhatə edir. Vulkanın püskürməsi nəticəsində lava ilə daşlaşmış meşə YUNESKO-nun himayəsindədir.

Daşlaşmış Meşə Parkı və Muzeyi 1994-cü ildə adanın qərb ucundakı Sığri Köyündə qurulub və Lesbos adasından təxminən 92 kilometr məsafədədir. Andissa və Eressos kəndlərində də kök, meyvə, yarpaq və toxum qalıqları tapılıb. Qalıqlar arasında təxminən 40 fərqli bitki növü təsbit edilib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu