ÜST yeni pandemiya barədə xəbərdarlıq edib - FOTO

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Nipah virusunun (NiV) səbəb ola biləcəyi pandemiya ehtimalı barədə xəbərdarlıq edib.
Bu barədə “Rossiyskaya Qazeta” xəbər verir.
Nipah virusu adını aldığı Nipah çayında (Malayziya) yaşayan donuz fermerləri arasında təsbit edilib.
NiV insanlara xəstə donuzlarla təmasdan keçir.



Sürətli yoluxuculuq qabiliyyətinə malik virusdan ölüm nisbəti 40-75 faizdir.
Xəstəlik bəzən ölümcül ensefalitə səbəb olur, bəzən də simptomsuz davam edir.
Hələ ki, NiV-dən müalicə üçün dərman icad olunmayıb.
Qeyd edək ki, bu virus ilk dəfə 199-cu ildə Malayziyada təsbit olunub. Təbiətdəki daşıyıcıları Cənubi Çin, Cənub-Şərqi Asiya, Yeni Qvineya və Avstraliyada geniş yayılmış meyvə yeyən uçan tülkülərdir (yarasa növü). Maraqlıdır ki, heyvanların özləri bundan xəstələnmirlər.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu