Rəmişdən yeni xəbər var – Yoldaşı və dostu "Şərq"ə danışdı 

Bir müddətdir ki, tanınmış gitara ifaçısı, xalq artisti Rafiq Hüseynov(Rəmiş) Hepatit C  xəstəliyindən əziyyət çəkir. Onun vəziyyətinin ağırlaşması, hətta ölüm ayağında olması ilə bağlı xəbərlər yayılır. Dünən gecə saatlarında isə sənətkarın dünyasını dəyişdiyi söylənilib.

Biz də “Sherg.az” olaraq xalq artistinin yaxınları, dostları ilə əlaqə saxlayıb, məsələyə aydınlıq gətirməyə çalışdıq.

Tanınmış xanəndə, xalq artisti Təyyar Bayramov dedi ki, ölüm xəbəri yalandır, Rəmiş müəllimin müalicəsi davam edir.
Musiqiçinin həyat yoldaşı Gülü xanıma da zəng etdik.

Lakin o, hiddətlə “Heç kimə açıqlama vermək istəmədyini” söylədi.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu